31 avqust 2014 13:15
Valter Matsari: Qarabağ haqda məlumat toplayırıq
İtaliyanın "İnter" klubunun baş məşqçisi Valter Matsari Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən danışıb. Azerisport.az xəbər verir ki, Azərbaycanın "Qarabağ", Fransanın "Sent-Etyenn" və Ukraynanın "Dnepr" klublarıyla qarşılaşmalı olan milanlıların çalışdırıcısı bunları söyləyib:
"Sent-Etyenn" Fransa çempionatına yaxşı start verib, Liqa 1-də liderlər qrupundadı. "Dnepr" də güclü komandadı. "Napoli"ni çalışdırarkən onlarla qarşılaşmışdıq və bizə üç qol vurmuşdular. "Qarabağ"a gəlincə, hələlik, onlar haqda məlumat toplayırıq. İstənilən halda, qrupdan çıxmaq üçün əlimizdən gələni etməliyik".
