Dnepr rəqiblərini hansı stadionda qəbul edəcəyini bilmir
Ukraynanın "Dnepr" klubunun baş direktorunun köməkçisi Dmitri Pelin bəyan edib ki, onlar Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarını Dnepropetrovskadı doğma "Dnepr Arena"da keçirmək istəyirlər. Azerisport.az xəbər verir ki, o, sözügedən məsələ ilə bağlı qeyri-müəyyənliyə belə münasibət bildirib:
"Dnepr" doğma "Dnepr Arena"da oynamağı çox istəyir. Avroliqadakı ev oyunlarımızı Dnepropetrovskda keçirmək üçün əlimizdən gələni edəcəyik. Amma son söz UEFA-nındı".
Pelin bəyan edib ki, yaxın günlərdə bu məsələyə aydınlıq gəlməlidi: "Son qərarın necə olacağını bilmirik. Yaxın 7-10 gün ərzində hər şeyə aydınlıq gələcək".
Qeyd edək ki, "Dnepr" qrup mərhələsinə qədərki ev oyunlarını Kiyevdə keçirib. Bu, Ukraynadakı məlum hadisələrlə bağlı UEFA tərəfindən çıxarılan qərara görə idi. Amma istisna deyil ki, "Dnepr"in qrup mərhələsindəki ev oyunları elə Dnepropetrovskda baş tutsun. Klub rəsmiləri hər kəsi əmin etməyə çalışırlar ki, rəqiblərini burada tam təhlükəsiz qəbul edə bilərlər.
Xatırladaq ki, "Dnepr" F qrupunda Azərbaycan çempionu "Qarabağ"la yanaşı, İtaliya "İnter"i və Fransa "Sent-Etyenn"inin rəqibidi.
