30 avqust 2014 18:15

İbrahim Şehiç: Qrup mərhələsində də sona qədər mübarizə aparacağıq

"Qarabağ"ın qolkiperi İbrahim Şehiçin azerisport.az saytına müsahibəsi

- "Tvente" səddini keçəcəyinizə inam nə qədər idi?
- Doğma meydanda 0:0 hesabından sonra şansların bərabər olduğunu bilirdik. Sadəcə, səfərdə daha çətin mübarizədən qalib ayrılmaq lazım idi. Oyun gərgin alındı. "Tvente" hucumçuları daim təhlükəli zərbələrlə yadda qalırdı. Düzdü, biz də onlara cavab verirdik. Reynaldonun gözəl şansı var idi. Ardınca Muarem hesabı bərabərləşdirəndən sonra ümidimiz artdı. Amma bilirdik ki, hər şey 90 dəqiqənin sonunda məlum olacaq.

- Hollandiyada son dəqiqələrdə müdafiədə oynadız. Yəqin, hesabı qorumaq əsas məqsəd idi...
- Deməzdim müdafiədə oynadıq. Sadəcə, rəqib hücum edərkən biz müdafiə olunmalı idik. Futbolda hər zaman belə olur.

- "Qarabağ" 4-cü cəhddən qrup mərhələsinə vəsiqə qazandı. Bu komandanın üzvü kimi hansı hissləri yaşayırsız?
- Sözsüz çox sevinirəm. Dostlar, tanışlar hamısı təbrik edir. Azarkeşləri sevindirdiyimiz üçün şadıq. Ardıcıl bir neçə il komanda qrup mərhələsinə vəsiqə uğrunda yarışırdı. Bu il istəyimizə çatdıq. İndi Azərbaycan çempionatı barədə, sonra isə yeni rəqiblərimiz barədə düşünmək imkanımız olacaq.

- Qrup mərhələsində "Qarabağ"dan nə gözləyək?
- Artıq əsas məqsədimizə çatdıq. Bundan sonra qrupda bizi daha çətin oyunların gözlədiyini bilirik. Sadəcə, biz hər oyuna diqqətlə hazırlaşıb əsl mübarizə göstərmək istəyirik. Qrup mərhələsinə çıxmaqla iş bitmir. Qrupdakı oyunlarda da Azərbaycanın şərəfini layiqincə qorumaq lazımdı. Bizim artıq itiriləsi heç nəyimiz yoxdu. Hər bir oyunda da çalışıb xal toplamaq gərəkdi.

- "Qarabağ"ın bu uğurundan sonra hər il sizdən yüksək nəticələr tələb olunacaq...
- Biz bunu anlayırıq. Qrup mərhələsinə düşməklə məsuliyyətimiz artdı. Bu uğur bütövlükdə Azərbaycan futbolunun və azarkeşlərinin uğurudu.

- Avrokuboklarda uğurlu çıxış edən klublar adətən çempionatda mükafatçılar sırasına düşməkdə çətinlik çəkir. "Qarabağ" üçün bir neçə cəbhədə mübarizə aparmaq çətin olmayacaq?
- Hər iki cəbhədə mübarizə aparmaq təcrübəmizi artıracaq. Ona görə problem olmamalıdı. Hazırda Avropa Liqasının qrup mərhələsinin başlanmasına 2 həftə var. Bu müddətdə bütün diqqətimiz çempionata yönələcək. Çalışıb bütün görüşlərdə yaxşı nəticə qazanmaq lazımdı. Sonra isə ilk görüşümüz barədə təhlil apararıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.