30 avqust 2014 18:00

Azad Rəhimov BSWW rəsmisi və milli üzvləri ilə görüşdü

Bu gün Gənclər və İdman naziri Azad Rəhimov ilə FIFA Çimərlik Futbolu Komitəsinin üzvü və BSWW (Dünya Çimərlik Futbolu Təşkilatı) vitse-prezidenti Joan Cusco arasında görüş keçirilib. Azerisport.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzinin də iştirak etdiyi görüşdə ölkəmizdə futbolun bu növünün inkişafı ilə bağlı görülən işlər müzakirə edilib.

Qeyd olunub ki, 2015-ci ildə Bakıda təşkil olunacaq ilk Avropa Oyunlarında idman növlərindən biri də çimərlik futboludu və bu amil Azərbaycanda çimərlik futbolunun təbliği və inkişafına zəmin yaradacaq.

Joan Cusco görüş üçün təşəkkür edib, çimərlik futbolunun Azərbaycanda qısa müddət ərzində inkişaf yolu keçdiyini bildirib, hazırda Bakıda keçirilən Çimərlik Futbolu üzrə Avropa Kuboku turnirinin yüksək səviyyədə təşkil olunduğunu deyib.

Gənclər və İdman naziri Azad Rəhimov çimərlik futbolu üzrə Azərbaycan milli komandasının üzvləri ilə də görüşüb. Görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi iştirak edib. Rəhimov 2015-ci ildə Bakıda təşkil olunacaq ilk Avropa Oyunlarında çimərlik futbolu üzrə oyunların keçiriləcəyini xatırladaraq millimizin layiqli mübarizə aparacağına inandığını bildirib, komandaya uğurlar arzulayıb. AÇFF-nin prezidenti Fərid Novruzi milli komandanın futbolkasını Azad Rəhimova hədiyyə edib.

Görüşün sonunda nazir millinin üzvləri ilə xatirə şəkli çəkdirib. (AFFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.