30 avqust 2014 13:40
Qarabağın rəqibi kapitanını itirdi
Ukraynanın "Dnepr" klubunun kapitanı Ruslan Roton sıradan çıxıb. Azerisport.az xəbər verir ki, o, Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Xorvatiya "Hayduk"una qarşı Splitdə keçirilmiş oyunda zədələnib.
Onun ən tez 3-4 həfdətən sonra sıraya dönməsi gözlənilir.
Qeyd edək ki, "Dnepr" "Qarabağ"ın Avroliqanın qrup mərhələsindəki rəqiblərindəndi. Bu komandalar arasındakı ilk oyun oktyabrın 23-də baş tutacaq.
