29 avqust 2014 11:20
Rəşad Sadıqov: Bu, bütün Azərbaycan xalqının uğurudu
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov komandasının tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qrup mərhələsinə vəsiqə qazanmağı çox istəyirdik. "Tvente" ilə cavab oyunu çox çətin alındı. Son saniyələrə qədər biz ancaq qrup mərhələsi haqda düşünürdük. Qol vəziyyətlərimiz çox oldu. Cavab qolunu vurandan sonra isə uğur qazanacağımıza inam daha da artdı. Bu, bütün Azərbaycan xalqının uğurudu".
