29 avqust 2014 11:10
Qarabağ vətənə döndü
Azərbaycan çempionu "Qarabağ" bu gün səhər saatlarında Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, ötən gecə Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Hollandiya "Tvente"si ilə 1:1 bərabərə qalaraq qruplara vəsiqə qazanan Ağdam təmsilçisini Heydər Əliyev adına Beynəlxalq Hava Limanında 70-ə yaxın azarkeş qrupu qarşılayıb.
