29 avqust 2014 11:00
Azərbaycan Yunanıstanla üz-üzə
Jumeirah Bilgah Beach otelinin çimərlik futbolu meydançasında keçirilən Çimərlik Futbolu üzrə Avropa Kuboku – Bakı 2014 (Europen Beach Soccer Cup - Baku 2014) turniri davam edir. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan, İsveçrə, Yunanıstan, Rusiya, İspaniya və Macarıstan milli komandaları iştirak edir.
Bu gün daha iki oyun keçiriləcək. Rusiyanın Macarıstanla üz-üzə gəldiyi gündə Azərbaycan yığması da Yunanıstanla münasibətlərinə aydınlıq gətirəcək.
29 avqust
Saat 17:30. Rusiya - Macarıstan
Saat 18:45. Azərbaycan – Yunanıstan
