29 avqust 2014 10:55
Qurban Qurbanov: Qrup mərhələsində istənilən rəqiblə oynamağa hazırıq
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qrup mərhələsindəki potensial rəqibləri barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qrup mərhələsində hansı klubların "Qarabağ"a rəqib olmasının mənim üçün xüsusi önəmi yoxdu. İstənilən rəqiblə oynamağa hazırıq. Qrup mərhələsində hər bir rəqibimizlə sonadək mübarizə aparacağıq".
Qeyd edək ki, Avroliqanın qrup mərhələsinin püşkü bu gün atılacaq.
