29 avqust 2014 20:20

Ramin Musayev: Topaz divizion klublarına təmənnasız top verib

Futbol üzrə Azərbaycan 1-ci divizionunun yeni mövsümünün püşkatma mərasimində çıxış edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev öz fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

“Yeni mövsümün püşkatmasının hər biriniz üçün uğurlu olmasını arzulayıram. Bir neçə il öncə klublarımız bir mərhələ keçəndə bayram edirdik. Artıq böyük nailiyyətlər əldə etməyə alışmışıq. Ona görə də dünən “Neftçi”nin pley-off mərhələsində məğlub olması hamımıza pis təsir etdi. İlk dəfə bir neçə mərhələ adlamaq sevincini bizə yaşadan da, avrokuboklarda öz sözünü deyən də “Neftçi” olub. Təəssüf ki, dünən bizi sevindirə bilmədi. Amma “Qarabağ”ın dünən qrup mərhələsinə vəsiqə qazanması ölkəmizin təbliğ olunması baxımından çox yaxşıdı. Bir gün “Şuşa” klubu da qrup mərhələsinə vəsiqə qazansa, sevinərəm. Bu, bizim üçün vacibdi.  Bir-birimizə dəstək olmalıyıq. Futbol idmandı, şoudu. Burada əsas məsələ “Qarabağ”ın adıdı. Püşkatmada yalnız bir ad yazılacaq – “Qarabağ” - Azərbaycan. Yəqin ki, bu, başqa klublarımız üçün də  bir örnək olar. Futbolumuzun bu səviyyəyə qalxması ölkə başçısı cənab İlham Əliyevin idmana olan qayğısından xəbər verir. Buna qədər digər idman növlərində uğurlarımız var idi, futbolda isə bir az “axsayırdıq”. Danılmaz faktdı ki, artıq ikinci komandamız Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanır. Ölkələrin reytinqinə baxanda neçə ölkəni geridə qoyduğumuzu görə bilərsiniz. Postsovet məkanında yalnız Rusiya, Ukrayna və Belarusiyadan geri qalırıq. 340 gürcüstanlı oyunçu legioner həyatı yaşayır. Bizdə isə bu say çox azdı. Bəzən tətbiq olunan gənc oyunçu limitinə görə bizi tənqid edirlər. Hər mövsüm sonunda futbol ictimaiyyətinə yeni təkliflərlə bağlı müraciət edirik. Mövsüm öncəsi bir neçə 1-ci divizion təmsilçisi gənc oyunçu tapa bilməməsindən gileylənirdi. Lakin heç biri rəsmi müraciət göndərmədi ki, mən də bu məsələni İcraiyyə Komitəsində qaldırım. Normal səviyyəli futbolçularımız barmaqla sayılacaq qədərdi, kifayət qədər də pul qazanırlar. Gənc futbolçuların sayı artandan sonra rəqabət də artacaq. Limitlə bağlı bir neçə mövsüm müəyyən qədər çətinlik olacaq, amma tezliklə bunun bəhrəsini görəcəyik. 1-ci divizion klublarından Premyer Liqaya çox az sayda oyunçu gəlir. İlk dəfə olaraq Premyer Liqada "Unibank"la əməkdaşlıq etmişik. Premyer Liqamıza hal-hazırda isə "Topaz" sponsorluq edir. Yeni mövsümdən 1-ci divizionda mübarizə aparacaq “Zirə” klubuna "Kapital Bank" maliyyə yardımı ayırır. Onların rəhbərliyinə minnətdarlığımı bildirirəm. "Topaz" hər bir divizion komandası üçün təmənnasız olaraq 30 futbol topu verib. Bu, Premyer Liqada ötən mövsüm oynanılan topların eynisidi. Elə klublarımız var idi ki, normal oyun toplarını almağa imkanı yox idi. Məşqlərdə və oyunlarda müxtəlif toplardan istifadə edirdilər. Bu da gənc futbolçuların inkişafına mənfi təsir göstərirdi. "Topaz"ın sayəsində artıq bu məsələ də öz həllini tapıb. Buna görə "Topaz" rəhbərliyinə minnətdarlığımı bildirirəm. Hər bir klubumuzun sponsoruna futbola verdiyi töhfəsinə görə təşəkkürümü bildirirəm, hər birinizə yarışlarda uğurlar arzulayıram. İstənilən 1-ci divizion komandasının Premyer Liqaya yüksəlməsi bizim üçün sevindirici haldı. Futbolun insanlarımıza verdiyi sevinc çox böyükdü. Bu hissləri daha çox yaşatmalıyıq”. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.