29 avqust 2014 15:20

Ernest Nfor: Neftçi istədiyi oyunu sərgiləyə bilmədi

"Neftçi"nin kamerunlu hücumçusu Ernest Nforun azerisport.az saytına müsahibəsi

- Sizcə, "Neftçi"nin məğlubiyyətinə nə səbəb oldu?
- Nə deyə bilərəm ki? Məğlub olduq.
 
- Bəs bu məğlubiyyətin səbəbi yoxdu?
- Çünki qol buraxdıq. Belə oyunlarda gərək, əlinə düşən şanslardan maksimum dərəcədə istifadə edəsən. Qol buraxmamalıydıq. "Partizan"a qarşı ev oyununda qol buraxdıq və vəziyyət daha da çətinləşdi.
 
- Qazonun vəziyyəti ilə bağlı nə deyə bilərsiz?
- Qazonun vəziyyətinin pis olmasını bəhanə etmək olmaz. Bu yaxşı komanda üçün ikinci dərəcəli məsələdi. Şərtlər hər iki komanda üçün pis idi. Amma bu vəziyyətdə belə çalışıb, nəsə etməliydik.
 
- Qrup mərhələsinə vəsiqə qazandığı üçün "Partizan"ı "Neftçi"dən yaxşı komanda hesab etmək olar?
- Düzdü, "Partizan" qrup mərhələsinə vəsiqə qazanmağı haqq etdi, amma rəqib bizdən yaxşı komanda deyil. Biz "Partizan"dan yaxşı oynadıq. Bununla bağlı səhv deyiləm. Sadəcə olaraq, hər top itirdiyimizdə qapımızda təhlükəli epizodlar yarandı.
 
- İkinci sarı və nəticədə qırmızı vərəqə alaraq, meydandan qovulduz. Hakimin bu qərarı ilə razı qaldız?
- Hakim öz vəzifəsini icra edirdi. Mən topa oynamışdım. Məqsədim futbolçunu yıxmaq deyildi. Həmin epizodda hakim mənə ikinci sarı vərəqəni göstərdi. Hamı insandı. O da səhv edə bilər, mən də. Onun qərarını mühakimə etməyim düzgün çıxmaz. Hər halda, oyunun videosuna baxıb, harada səhv olduğunu aydınlaşdıracağıq. Amma hesab edirəm ki, mən orada səhv etmədim.
 
- Bu matçda stadiona xeyli azarkeş gəlmişdi. Amma buradan məyus ayrıldılar...
- Belə oyunlarda azarkeşlərimizin dəstəyinə çox ehtiyacımız var. Onlar bu matçda əla idilər. Biz də onlarının qarşısında əlimizdən gələni edib, yaxşı oyun göstərməyə çalışdıq. Başabaş oyun oldu. Çox da məyus olmağa ehtiyac yoxdu. Qarşıdakı oyunlarda onların dəstəyinə ehtiyacımız var. Düzdü, Avroliqada mübarizəni dayandırdıq, amma çalışacağıq ki, çempionatda və kubok oyunlarında yaxşı nəticələr qazanaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.