29 avqust 2014 13:10

Rəşad Sadıqov: Xalqımız məhz Qarabağın qrupa düşməsini çox arzulayırdı

"Qarabağ"ın futbolçusu Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi

- "Tvente" ilə oyun haqda təəssüratlarını bilmək istərdik...
- Oyun gərgin başladı. Hər iki komanda ehtiyatlı oynayırdı. Bizim qol şanslarımız oldu. Reynaldoyla fərqlənmək imkanı oldu. Alınmasa belə, ruhdan düşmədik. Nəhayət hücumlardan birində Muaremlə buraxılan qolun əvəzini çıxdıq. Son dəqiqələr daha çətin idi. Amma bunu bacardıq.

- Muaremin qolundan sonra inamınız çoxaldı?
- Hesab bərabərləşəndən sonra daha yaxşı oyun göstərdik. Səfərdə oynamaq hər zaman çətindi. Onlar sona qədər mübarizə aparıb hesabı dəyişmək istəyirdi. Çox sevinirik ki, lazımi nəticəni qazandıq. Əsas qrup mərhələsinə düşmək idi.

- Qrup mərhələsində hansı komandalarla qarşılaşmaq istəməzdiz?
- Heç vaxt rəqib seçməmişik. Qismətdi, hansı komandalar düşsə, onlarla oynamağa hazırıq. Qrup mərhələsində zəif komanda olmur. Seçmək imkanı da olmur. Kim düşsə, sona qədər mübarizə aparmağa hazırıq.

- Komanda qrupa düşməklə məqsədinə çatdı. Növbəti hədəf nə olacaq?
- Bir hər zaman növbəti oyun haqda düşünürük. İndi çempionat matçlarında iştirak edəcəyik. Qrup mərhələsində isə bir-bir oyunlara hazırlaşacağıq. Hər bir oyunda müsbət nəticə məqsədimiz olacaq. Azarkeşləri sevindirmək üçün mübarizə aparmaq lazımdı.

- "Qarabağ" 4-cü cəhdində qrup mərhələsinə vəsiqə qazandı. Qələbəni kimə həsr edirsiz?
- Uğurumuz xalqımızın, köçkünlərimizin, ürəyi "Qarabağ"la döyünən insanlarındı. Biz qələbəni onlara həsr edirik. Ola bilərdi başqa komanda uğur qazanardı, ola bilərdi başqa klub qrupa düşəydi. Amma bilirəm ki, Azərbaycan xalqı məhz "Qarabağ"ın qrupa düşməsini çox arzulayırdı. Çox istəyirdilər, şükür olsunlar ki arzunu reallaşdırdıq.

- Qrupdakı rəqiblər daha çətin olacaq. Orara nə qədər xal toplamaq mümkündü?
- Gəlin rəqibləri gözləyək. Qrup mərhələsinə düşdük. Artıq hər oyunda maksimum hədəfimiz olacaq. Rəqibləri təhlil etdikdən sonra bu barədə danışmaq olacaq. İndi bir qədər istirahət etmək, sonra isə çempionat oyunları barədə düşünmək lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.