28 avqust 2014 12:52

Əmircanov: Fasiləyə lider kimi yollanmağımız mümkündü

Topaz Premyer Liqasının 4-cü turunda “Qəbələ” AZAL-la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, “qırmızı-qaralar”ın təcrübəli futbolçusu Ruslan Əmircanov komandasının ev oyunu haqda fikirlərini klub saytına açıqlayıb.

O bildirib ki, ardıcıl iki qələbə qazanan “Qəbələ” növbəti dəfə azarkeşlərini sevindirmək iddiasındadı: “AZAL yeni komanda deyil, hamı onları tanıyır. Düzdü, bu klubun indiki durumu haqda müxtəlif fikirlər səslənir. Amma biz bunlara fikir vermirik. Çünki çox yaxşı bilirik ki, AZAL istənilən komandanı büdrədə biləcək rəqibdi. Bu üzdən rəqibə hörmətlə yanaşır, qarşılaşmaya ciddi hazırlaşırıq. Doğma meydanda oynayacağıq. Çalışacağıq ki, 90 dəqiqənin sonunda qalib gələn tərəf olaq”.

Əmircanov çempionatın ilk 3 oyununda 6 xal toplayan “Qəbələ”nin startdakı çıxışına da qiymət verib: “Mövsümün ilk 3 turunu dəyərləndirsək, hər şeyin yaxşılığa doğru getdiyini söyləmək olar. Çempionata məğlubiyyətlə başlasaq da, sonrakı iki qələbə göstərdi ki, oyundan-oyuna hər şey qaydasına düşür. Həm yeni gələnlər komandaya uyğunlaşır, həm də komada öz oyununu tapır”.

3-cü turda 2-ci qələbəsini qazanan “Qəbələ”dən fərqli olaraq, AZAL-ın “Neftçi” ilə qarşılaşması təxirə salınmışdı. Əmircanov bir turluq istirahətin rəqibə necə təsir edə biləcəyindən də danışıb: “Elə komanda var ki, onun üçün belə istirahət müsbət rol oynayır. Futbolçular yorğunluğunu atıb, daha rahat oynayır. Lakin elə də olur ki, bu, oyun praktikasının azlığı ilə nəticələnir. Buna görə də AZAL-ın ötən tur oynamamağının rəqibimizə necə təsir edəcəyini söyləmək çətindi. Hər şeyi oyun göstərəcək. Biz də çalışacağıq ki, növbəti 3 xalımızı qazanaq”.

Təcrübəli müdafiəçi komanda yoldaşları Kamran Ağayev, Ruslan Abışov və Cavid Hüseynovla birlikdə Azərbaycan millisinə dəvət alıb. Sentyabrın 3-də Rusiya ilə yoldaşlıq, 9-da Bolqarıstanla seçmə mərhələ oyunları ölkə çempionatında da fasilənin yaranması ilə nəticələnib. Əmircanov həm fasilə, həm də 4-cü turu lider kimi başa vurmaq şanslarına da toxunub: “Bizim komandada da 4 futbolçu milliyə dəvət alıb. Fasilə dövründən təkcə “Qəbələ” deyil, bütün klublar bəhrələnəcək. Bəziləri qısa müddətə istirahətə buraxılacaq, bəziləri isə hazırlığındakı çatışmazlıqları aradan qaldıracaq. Təbii ki, fasiləyə lider kimi yollanmağımız mümkündü. Amma bu, digər komandaların oyunlarının nəticələrindən asılıdı. Biz isə başqa komandaların matçları haqda düşünmürük. Ancaq öz oyunumuzu, öz nəticəmizi düşünürük. Çalışırıq ki, komandamız yaxşı nəticə qazansın. Yalnız bundan sonra digər qarşılaşmaların necə başa çatması ilə maraqlanırıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.