28 avqust 2014 11:56
Neftçi - Simurq matçının yeri və başlama saatı dəyişdirildi
Topaz Premyer Liqasının 4-cü turunun “Neftçi” - “Simurq” oyununun keçirilmə yeri və başlama saatı dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, oyun 31 avqustda İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək. Oyunun başlama vaxtı 18:00-dı.
Topaz Premyer Liqası
4-cü tur
31 avqust (bazar)
Neftçi - Simurq
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, 18:00.
