28 avqust 2014 11:34

Qara Qarayev: Tventeni keçməyə gücümüz çatmalıdı

"Qarabağ"ın futbolçusu Qara Qarayev azerisport.az saytına müsahibəsində "Tvente" ilə cavab görüşündən, ilk oyundakı buraxılan səhvlərdən və Avropa Liqasının qrup mərhələsinə düşmək şanslarından danışıb.

- İlk oyunda "Qarabağ"da nə alınmadı?
- Komandamız yaxşı təsir bağışladı. Sadəcə, yaradılan qol şanslarından istifadə etmədik. Vüqar Nadirovun ilk hissədəki vəziyyəti qol olsaydı, matç başqa hesabla da başa çata bilərdi. İstənilən halda, "Qarabağ" rəqibdən yaxşı oynadı. Azarkeşlərin dəstəyi də özünü göstərdi. Onların ilk oyundakı dəstəyi səfər matçında da bizə kömək olacaq. Onları sevindirmək üçün sona qədər mübarizə aparacağıq.

- Qolsuz bərabərlik səfər matçı ərəfəsində münasib nəticədi?
- Biz səfərdə hər şeyə yenidən başlayacağıq. Komandamız rəqibi meydanda gördü və onların oyununun hansı səviyyədə olmasının şahidi olduq. "Tvente" asan rəqib deyil. Arxayınlaşsaq, bu, bizə baha başa oturar. Sadəcə, öz oyunumuzu oynamalıyıq və səfərdə qol vurmalıyıq. Qol vurmalıyıq ki, uğur qazanan tərəf biz olaq.

- 5 il əvvəl "Qarabağ"ın qarşılaşdığı "Tvente" ilə indiki komanda arasında fərq var?
- Əlbəttə, "Tvente" əvvəlki gücdə deyil. O vaxt Hollandiya təmsilçisi daha güclü idi. İndi heyətində nisbətən gənc futbolçular yer alıb. Bu mənada əvvəlki oyunu sərgiləmir. Gənc futbolçular özlərini göstərmək üçün çalışır. Sona qədər mübarizə aparırlar. Gənc olmasına baxmayaraq, komandada kifayət qədər yaxşı heyət var.

- Amma "Qarabağ" 5 il əvvəlkindən daha güclüdü. Yəqin bu fikirlə razılaşarsan?
- Komandamız hər mövsüm özünəməxsus tərzdə güclü olub. "Qarabağ" "Zalsburq"a qarşı da yaxşı oynamışdı, amma səfərdə uğurun davamını gətirə bilmədik. Çünki itkilərimiz çox oldu. Bu dəfə səfərdə daha yaxşı mübarizə sərgiləmək lazımdı. Bir dəfə "Tvente" ilə səfərdə oynamışıq. Bu dəfə fərqli tərzdə oynamaq lazımdı.

- Rəqibin hansı futbolçusunu fərqləndirə bilərsən?
- Orta xəttdə yaxşı futbolçuları var. Eyni zamanda hücumçuları sürətli futbol oynayır. Bizimlə oyunda daha çox müdafiəyə diqqət yetirsələr də, əks hücumda təhlükə yaradırdılar. Onların futbolçularını çox yaxına buraxmaq təhlükəlidi.

- "Qarabağ"ın səfərdə lazımi nəticəni qazanmağa gücü çatacaq?
- Səfərdə "Tvente" müdafiə futbolu oynamayacaq. Buna görə hücum etməyə daha çox şansımız olacaq. Bu, klubumuz üçün ən vacib oyunlardan biri olacaq. Ona görə toparlanıb uğur qazanmağa çalışmalıyıq. Biz hamımız Avropa Liqasının qrup mərhələsində oynamaq istəyirik. "Tvente" zəif komanda deyil. Amma onları keçməyə gücümüz çatmalıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.