28 avqust 2014 14:50

Elmar Baxşiyev: Neftçinin qrup mərhələsinə vəsiqə qazanması realdı

"Neftçi"nin sabiq kapitanı Elmar Baxşiyev keçmiş komandasının, eləcə də "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinə düşmək şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Neftçi"nin Serbiya "Partizan"ını keçmək, qrup mərhələsinə düşmək üçün yaxşı şansı var. Belqraddakı ilk oyunda bizim uşaqlar çox yaxşı təsir bağışladılar. Hiss olunur ki, "Neftçi" artıq öz oyununu tapıb. Lakin sonradan rəqibin təzyiqi artırması komandamızın məğlubiyyəti ilə nəticələndi. Halbuki, onları saxlamaq olardı.

Fikrimcə, cavab oyununda "Neftçi"nin daha üstün futbol sərgiləmək növbəsidi. Komandamızı qrup mərhələsindən cəmi bir addım ayırır. Mənə elə gəlir ki, "Neftçi"nin qrup mərhələsinə çıxması realdı".

"Qəbələ"nin sabiq futbolçusu Hollandiya "Tvente"si ilə mübarizə aparan "Qarabağ"la bağlı isə bunları dilə gətirib:

"Mənə elə gəlir ki, "Qarabağ" Bakıdakı oyunda nəyə qadir olduğunu tam olaraq göstərə bilmədi. Əsl "Qarabağ" daha güclüdü. Qazonun vəziyyətinin pis olması komandamızın oyununa öz təsirini göstərdi. Təbii ki, mənfi cəhətdən. Çünki elə qazonda oynamaq daha çox müdafiə olunun "Tvente"nin işinə yarayırdı. Onlar başa düşürdülər ki, açıq oyun getsə, "Qarabağ" qol vura bilər.

"Qarabağ" səfər oyununda daha çox müdafiə haqda düşünməli olacaq. Belədə rəqibi daha çox əks-hücumlarda yaxalamaq lazım gələcək. Qol vurmaq tamamilə mümkündü".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.