29 avqust 2014 00:19

Qarabağ Avroliqanın qrup mərhələsində!

Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın bu turnirindəki təmsilçilərindən biri - son ölkə çempionu "Qarabağ" da Avropada növbəti sınağına çıxıb.

Ağdam klubu Hollandiya "Tvente"si ilə mübarizə aparırdı. Bu rəqiblə Bakıdakı ilk oyun qolsuz başa çatdığı üçün təmsilçimizə cavab oyununda hətta qollu heç-heçə də sərf edirdi. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Amma ikinci yarının əvvəlində komandamız hesabı bərabərləşdirməyə nail olub. Sonadək hesabda dəyişiklik olmayınca, "Qarabağ" tarixində ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, "Qarabağ" beş il öncə məhz pley-off mərhələsində bu rəqibinə uduzmuşdu. Bakıdakı oyun qolsuz bitdiyi halda, Enshededə meydan sahibləri 3:1 hesabıyla üstün olmuşdular. Bir sözlə, Ağdam klubu bu uğuru ilə illər öncəki qisasını almış oldu.

Avropa Liqası
Pley-off mərhələsi
(cavab oyunu)
28 avqust
 
Tvente - Qarabağ - 1:1 (1:0)
Qollar: L.Kastaynos, 37 (1:0), M.Muarem, 51 (1:1).
Hakimlər: Paolo Silvio Matsoleni, Lorenso Manqanelli, Alessandro Petrella, Sebastyano Perutso (İtaliya).
Sarı vərəqə: Q.Qarayev, 87.
Enshede. "Tvente" stadionu.
İlk oyun - 0:0

Tvente: 1. Nik Marsman, 2. Kuko Martina, 3. Andreas Byelland (k), 4. Darril Laxman, 5. Robbert Şilder, 8. Kayl Ebesilio (19. Şadrax Eqan, 64), 22. Kamohelo Mokotjo, 7. Yuness Moxtar (25. Bilal Ould Şix, 90+4), 10. Hakim Ziyex (9. Torqeyr Borven, 79), 30. Luk Castaynos, 33. Kasper Kusk.
Ehtiyat oyunçular: 20. Sonni Stevens, 15. Diko Koppers, 16. Tim Brukers, 17. Rasmus Benqtsson.
Baş məşqçi: Alfred Şreyder.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Muarem Muarem (11. Danilo Dias, 71), 20. Riçard Almeyda, 70. Çumbinyo (7. Namiq Yusifov, 79), 17. Vüqar Nadirov (24. Admir Teli, 85).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 41. Leroy Corc.
Baş məşqçi: Qurban Qurbanov.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.