28 avqust 2014 22:55

Neftçi Partizana uduzub, mübarizəni dayandırdı

Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın bu turnirindəki təmsilçilərindən "Neftçi" də növbəti sınağına çıxıb.

Paytaxt klubu Serbiya "Partizan"ı ilə mübarizə aparırdı. Bu rəqiblə Belqraddakı ilk oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə baş çatmışdı. Bu üzdən də təmsilçimizə növbəti mərhələyə yüksəlmək üçün 1:0 və ya 2:1 hesablı qələbələr lazım idi. Amma təəssüf ki, oyunda hesabı serblər açıblar. Komandamızın gücü isə yalnız buraxılan bu qola cavab verməyə çatıb. Son saniyələrdə daha bir qol vuran qonaqları iki oyunun nəticəsinə görə 5:3 hesabıyla Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb. "Neftçi" isə mübarizəni dayandırmalı olub.

"Neftçi" iki il öncə qrup mərhələsində qarşılaşdığı və hər iki oyunda sülh bağladığı (0:0, 1:1) bu komandanı keçsəydi, tarixində ikinci dəfə Avroliqanın qrup mərhələsində oynamaq şansı qazanacaqdı.

Avropa Liqası
Pley-off mərhələsi
(cavab oyunu)
28 avqust

Neftçi - Partizan - 1:2 (0:1)
Qollar: P.Şkuletiç, 24 (0:1), J.Vobay, 58 (1:1), P.Şkuletiç, 90+2 (1:2).
Sarı vərəqə: E.Nfor, 45+1, E.Ramos. 48, M.Vuliçeviç, 62, J.Vobay, 70.
Qırmızı vərəqə: E.Nfor, 86 (ikinci sarı vərəqə), E.Ramos, 90+3, P.Şkuletiç, 90+4, Kaue, 90+4.
Hakimlər: Robert Şörgenhofer, Mattias Vinsayer, Roland Brandner, Dominik Ousxan (Avstriya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 2:3

Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 3. Denis Silva, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (k) (16. Bruno Bertuççi, 54), 10. Julius Vobay (21. Samir Məsimov, 83), 15. Erik Ramos, 18. Kaue, 19. Mirhüseyin Seyidov (11. Nikolas Kanales, 54), 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 27. Məqsəd İsayev, 25. Cavid İmamverdiyev, 23. Ruslan Qurbanov.
Baş məşqçi: Böyükağa Hacıyev.
Partizan: 25. Milan Lukaç, 4. Miroslav Vuliçeviç, 5. Nemanya Petroviç, 6. Voyislav Stankoviç (k), 30. Branko İliç, 8. Darko Braşanaç, 14. Petar Qrbiç (22. Saşa İliç, 59), 17. Andrey Jivkoviç (40. Miloş Ostoyiç, 90+5), 18. Nikola Drinçiç, 27. Danko Lazoviç (55. Danilo Pantiç, 84), 32. Petar Şkuletiç.
Ehtiyat oyunçular: 1. Jivko Jivkoviç, 11. Nikola Ninkoviç, 21. Saça Markoviç, 10. İsmael Fofana.
Baş məşqçi: Marko Nikoliç.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.