Azərbaycanla oyuna 12 legionerlə
Futbol üzrə Bolqarıstan yığmasının baş məşqçisi Lyuboslav Penev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində qarşılaşacaqları Azərbaycanla oyun üçün heyəti müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, sözügedən mütəxəssis hələlik, yalnız ölkə xaricində çıxış edən 12 futbolçunun adını açıqlayıb.
Onlar aşağıdakılardı: Nikolay Bodurov (Fulhem, İngiltərə), Petar Zanev (Amkar, Rusiya), Stanislav Manolev (Dinamo, Moskva, Rusiya), Simeon Slavçev (Sportinq, Portuqaliya), Georgi Milanov (ÇSKA, Moskva, Rusiya), Georgi İliyev, Emil Qarqorov (hər ikisi "Şiçzyaçjuan", Çin), İvelin Popov (Kuban, Rusiya), Andrey Qalabinov (Livorno, İtaliya), İlian Miçanski (Karlsrue, Almaniya), İvan İvanov (Bazel, İsveçrə), Todor Nedelev (Maynts, Almaniya).
Qeyd edək ki, Azərbaycan - Bolqarıstan oyunu sentyabrın 9-da keçiriləcək.
