27 avqust 2014 00:35
Zohair Benuahi: Oğuz Çətin dəhşətli məşqçidi
"Xəzər Lənkəran"ın sabiq yarımmüdafiəçisi Zohair Benuahi "ağ-yaşıllar"ın baş məşqçisi Oğuz Çətini tənqid edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"O, dəhşətli məşqçidi. Oğuz Çətin komandanı arxasınca apara bilmir. XL-də yaxşı futbolçular var. Amma onları idarə edə biləcək məşqçi yoxdu. Çətinin elə bir məşqçi olmadığı dəqiqdi. Onun səviyyəsi hamıya bəllidi. Komanda onun rəhbərliyi altında pis oyun sərgiləyir. "Xəzər Lənkəran"a daha güclü məşqçi lazımdı. Haradasa Con Toşak kimi".
