27 avqust 2014 00:05
Partizan bu gün gəlir
Serbiyanın "Partizan" klubu "Neftçi" ilə Avropa Liqasının pley-off matçında iştirak etmək üçün bu gün Bakıya gələcək. Azerisport.az xəbər verir ki, Bakıya çarter reysiylə gələcək serblər günorta saatlarında paytaxtda olacaq.
"Partizan" oyun ərəfəsində Tofiq Bəhramov adına Respublika stadionunda məşq edəcək.
Qeyd edək ki, "Partizan"la Bakıya Serbiyanın bir neçə media nümayəndəsi də gələcək.
