27 avqust 2014 11:15

Partizanın prezidentindən Azərbaycan xalqına müraciət

Serbiyanın "Partizan" klubunun prezidenti Draqan Dyuriç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Neftçi" ilə cavab oyunu öncəsi Azərbaycanın keçmiş prezidenti, mərhum Heydər Əliyevin Belqraddakı abidəsi ilə bağlı yaranan qalmaqalla bağlı açıqlama yayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

"Partizan" bu hadisə ilə bağlı təəssüfünü bildirir. "Neftçi" və "Partizan" arasındakı bu oyunlar zamanı yaranan belə bir yersiz və ekstremal təxribatdan çox narazıyıq. Biz hesab edirik ki, bu, Azərbaycan və Serbiya arasındakı əməkdaşlığa, dostluq münasibətlərinə zərbə vurmaq cəhdidi. İnanırıq ki, bu cəhd uğursuzluqla nəticələnəcək və insidentdə günahı olanlar hüquqi cəzalarını alacaqlar".

"Partizan"ın prezidenti sözügedən hadisə ilə bağlı Azərbaycan ictimaiyyətinə müraciət də edib: "Bizim arzumuz Serbiya və Azərbaycan xalqları arasındakı dostluq münasibətlərini daha da inkişaf etdirməkdi".

Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkələrdə Heydər Əliyevin Belqraddakı abidəsi üzərində qondarma DQR-in bayrağı, eləcə də gənc oğlanın ədəbsiz jest nümayiş etdirdiyi şəkil paylaşılmışdı. (Beta)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.