27 avqust 2014 21:10

Marko Nikoliç: Bizim heç bir maliyyə problemimiz yoxdu

Serbiyanın "Partizan" klubunun baş məşqçisi Marko Nikoliç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında öncə bunları söyləyib:

- Bakıda hava çox istidi. Bu da bizə təsir edir. Amma yerli hava şəraitinə uyğunlaşmaq üçün hələ vaxtımız var. Hər iki komanda bu mərhələni uğurla adlamaq istəyir və bir-birini yaxşı tanıyır. Yəqin ki, stadiondakı atmosfer komandama təsir edəcək. Amma mən futbolçularıma inanıram. Ümid edirəm ki, yaxşı oyun olacaq. Bizə superkonsentrasiya lazımdı. Ümid edirəm ki, matça səhvsiz başlayacağıq. Həyəcansız oynamağ açalışacağıq ki, yenə qələbə qazanaq.

- Sizi qazonun vəziyyəti daha çox təəccübləndirdi, ya şəhər?
- Şəhəri gəzmək üçün çox vaxtımız olmadı. Amma gördüklərimiz çox gözəl idi.

- Bəs qazon?
- Qazonu hələ görməmişəm. Məşqdən sonra nəsə deyə bilərəm.

- Serbiya mətbuatı hər gün sizin maliyyə problemlərinizdən yazır, amma "Partizan" hər oyunda qalib gəlir, Bakıda çarter reysi ilə səfər etmisiz. Bu, "Neftçi"ni arxayınlaşdırmaq üçün taktikadı?
- Bizim heç bir maliyyə problemimiz yoxdu. Bundan "Neftçi" ilə oyun öncəsi taktika kimi də yararlanmırıq.

- Serbiya çempionatında az qol buraxan "Partizan"ın "Neftçi"dən bir oyunda iki qol buraxması rəqibin gücündən xəbər verir?
- Futbolda belə şeylər olur. Bu, nə rəqibin gücündən, nə də bizim problemlərdən xəbər verir. Mən komandama inanıram. Əsas vəzifəmiz uduzmamaqdı.

- Son illər "Neftçi"nin avrokuboklardakı ev oyunları uğurlu alınmır. Bu, sizə əlavə stimul verir?
- "Neftçi" güclü komandadı. Vobayla Flavinyo kimi güclü futbolçuları var. Amma mən öz futbolçularıma inanıram. Belqraddakı kimi oynasaq, hər şey yaxşı olacaq. 2-ci qolu buraxdıqdan sonra da qələbə qazanacağımıza inanırdım.

- İki il öncə "Partizan" futbolçularının Saşa Stamenkoviçlə problemi olmuşdu...
- Biz onu Belqradda yaxşı qarşıladıq. Ümid edirəm ki, o da bizi Bakıda yaxşı qarşılayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.