27 avqust 2014 17:30

Denis Silva: Het-trik? Hər şey ola bilər

"Neftçi"nin müdafiəçisi Denis Silvanın azerisport.az saytına müsahibəsi

- "Partizan"la cavab matçına hazırlıq necə gedir?
- Fikrimcə, cavab oyunu öncəsi gördüyümüz iş məhsuldardı. Hazırlığımızı intensiv şəkildə davam etdiririk.

- "Neftçi" vacib matça hazırdı?
- Bəli, ilk oyundakı kimi hazırıq.

- Amma həmin hazırlıq sizin qələbə qazanmağınız üçün yetərli olmamışdı. 2:0 öndə olduğunuz oyunu məğlub başa vurmağınıza nə səbəb oldu?
- Həmin oyunun ilk 20 dəqiqəsində mənə iki qol vurmaq nəsib oldu. Amma öz qapımıza qol vurandan sonra hər şey dəyişdi, komanda sındı. Vurduğum avtoqol eyni zamanda yerli azarkeşləri də yuxudan ayıltdı. Onlar həqiqətən öz komandalarını yaxşı dəstəklədilər. İstənilən halda, səfərdəki 2:3 hesablı məğlubiyyətin pis nəticə olduğunu düşünmürəm.

- Rəqib siz gözlədiyiniz dərəcədə təhlükəli idi?
- Bəli. Onlar fiziki baxımdan çox güclüdülər. Bütün oyun ərzində onlara qarşı mübarizə aparmaq çətin idi.

- Cavab oyununda şanslarınızı necə qiymətləndirə bilərsiz?
- Şanslar bərabərdi. Sadəcə, biz öz meydanımızda oynayacağıq. Bundan da yararlanmağımız lazımdı.

- Oyunun keçiriləcəyi mərkəzi arenanın qazonu yaxşı deyil. Bu, sizə problem yaratmayacaq?
- Bu, rəqib üçün də problem ola bilər. Çalışacağıq ki, bu amil komandamızın oyununa təsir göstərməsin.

- Sizdən yenə het-trik gözləyək?
- (gülür) Demək çətindi. Hər şey ola bilər.

- İlk oyunda 5 qoldan üçünün müəllifi olmağınızı kimin aktivinə yazmaq lazımdı?
- Heç kimin. İki epizodda lazım olan vaxtda lazım olan yerdə idim. Bir epizodda isə tam əksinə. Hər halda cavab oyununda da qol vurmaq istəyirəm və buna çalışacam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.