27 avqust 2014 14:59

Nazim Süleymanov: Mahir və Vaqifin dedikləri etik normalara ziddi

Futbol üzrə Azərbaycan yığmasının sabiq məşqçisi Nazim Süleymanovun azerisport.az saytına müsahibəsi

- Gəzən xəbərlərə inansaq, siz hazırda Lənkərandasız və "Xəzər Lənkəran"ın idman direktru vəzifəsinə təyin olunmusuz...
- Lənkərandayam? Zarafat edirsiz? Mənim bu klubun rəhbərliyi ilə heç bir görüşüm omayıb. Əgər baş məşqçi vəzifəsini təklif etsələr, həmişə hazıram.

- Ola bilər də klub rəhbərliyi ilə haradasa yolunuz kəsişib...
- Mən heç XL rəhbərliyi ilə sonuncu dəfə harada və nə vaxt görüşdüyümü xatırlamıram.

- Ümumiyyətlə, bu komandanın idman direktoru olmaq perspektivi barədə nə deyə bilərsiz?
- Mən ki idman direktoru təyin olunmamışam. Belə bir vəzifədə heç vaxt çalışmamışam da. Ona görə bu barədə nəsə deməyim düz deyil.

- İlk oyunda Serbiya "Partizan"ına 2:3 hesabıyla uduzan "Neftçi"nin Avropa Liqasının qrup mərhələsinə yüksəlmək şanslarını necə qiymətləndirirsiz?
- Şanslar yaxşıdı. İlk oyunun nəticəsi cavab oyunu öncəsi çox sərfəlidi. Əgər komanda Belqraddakı oyunun ilk 20 dəqiqəsindəki kimi oynasa, qələbə qazana bilər. Azarkeşlərin də üzərinə böyük məsuliyyət düşür. Komandanı dəstəkləmək lazımdı.

- Bəs "Qarabağ"?
- "Tvente" "Zalsburq" qədər güclü deyil. Düzdü, bu komanda öz meydanında Bakıdakından daha yaxşı oynayacaq. Amma hollandlara yenə çətin olacaq. Çünki istənilən qollu heç-heçə "Qarabağ"a sərf edəcək. Bu üstünlükdən yararlanmaq lazımdı.

- Kimin qrup mərhələsinə düşmək şansı daha çoxdu?
- Təmsilçilərimizi fərqləndirmək istəməzdim. Hər ikisinin bunun üçün yaxşı şansı var. Niyə də bu şanslardan yararlanmayaq? Optimist olmaq və inanmaq lazımdı. Bizim klublar BATE-dən zəifdi, ya Premyer Liqamız Belarus çempionatından geri qalır?

- Azərbaycan və Özbəkistan yığmaları arasındakı yoxlama matçından sonra komandamızın üzvləri Mahir Şükürovla Vaqif Cavadov o qədər legionerdənsə Reynaldonun milliləşdirilməsinin daha faydalı olduğunu demişdi. Bu fikirlə razısız?
- Futbolçu öz yerini bilməlidi. Onlar öz oyunlarına fikir versələr, daha yaxşı olar. Bu, etik normalara ziddi. Qoy milliyə hansı futbolçuların çağırılacağına məşqçilər korpusu diqqət yetirsin, bu, onların işi deyil.

- Qarşıda yığmamızı Rusiya ilə yoxlama, Belarusla AÇ-2016-nın seçmə mərhələ oyunu gözləyir...
- Rusiya ilə oyun AÇ-nin startı öncəsi komandamız üçün yaxşı yoxlanış olacaq. Berti Foqts bu matçda bolqarlarla oyun üçün start heyətini müəyyənləşdirə bilər. Dəstək olmaq, kömək etmək lazımdı. Bu, Foqtsun yox, Azərbaycanın komandasıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.