27 avqust 2014 13:25

Azərbaycanlı futbolçu klubu məhkəməyə verir

Azərbaycanlı yarımmüdafiəçi Eddi İsrafilov İspaniyanın "Real Mursiya" klubunu məhkəməyə verməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, buna səbəb klub rəhbərliyinin onun transfer vərəqəsini vermək istəməməsidi.

Sözügedən komanda Sequnda B Liqasına göndərildiyi üçün, futbolçular artıq klubda qalmaq istəmirlər və özlərinə yeni iş yeri axtarmağa başlayıblar. Eddi də Sequnda Liqada çıxış edən klubların onun xidmətinə maraqlı olmasından yararlanaraq, iş yerini dəyişmək istəyir. Amma rəhbərlik bəzi futbolçularla yanaşı, İsrafilovu da məcbur heyətdə saxlamağa çalışır. Bu üzdən tərəflər arasında narazılıq yaranıb və güman ki, mübahisəli məsələyə məhkəmədə aydınlıq gələcək. Klubun üzləşdiyi maliyyə problemləri səbəbindən futbolçulara borcunun da olduğunu nəzərə alsaq, Eddi və komanda yoldaşlarının iddiasının qəbul olunması ehtimalı yüksəkdi.

İspaniya mətbuatının yazdığına görə, İsrafilovu heyətində görmək istəyən klublar sırasında La Liqa təmsilçisi "Qranada" da qoşulub. Eddi azad agent statusu alsa, mümkündü ki, elə bu komandaya keçsin.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.