27 avqust 2014 01:05
İspan klubları azərbaycanlı futbolçunu ələ keçirməyə çalışır
İspaniyanın "Real Mursiya" klubunun azərbaycanlı futbolçusu Eddi İsrafilov bu komandanın sıralarını tərk edə bilər. Azerisport.az xəbər verir ki, bu klubun Sequnda Liqadan Sequnda B Liqasına göndərilməsi əksər futbolçular kimi, Eddinin də fikrini dəyişdirib.
Hələ yay fasiləsi zamanı "Almeriya" Eddini sıralarına qatmağa çalışırdı. Hazırda isə İsrafilova "Las Palmas", "Real Saraqosa" da iddialıdı. Lakin məşqçilər korpusu yarımmüdafiəçini komandada saxlamağa və onu dözümlü olmağa səsləyib.
