Qəbələnin futbolçusuna iki oyunluq cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 3-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Bakı” – “Qəbələ” matçının 33-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Şirməhəmməd Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
“Simurq” – “Xəzər Lənkəran” matçında “Simurq”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 52-ci dəqiqəsində “Simurq”un futbolçusu Roini İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
