26 avqust 2014 12:29
AFFA Simurqla Bakını sərt cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 3-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Bakı” – “Qəbələ” matçında “Bakı”nın azarkeşləri tərəfindən açılmış pankarta görə klub 5000 manat cərimə olunub.
“Simurq” – “Xəzər Lənkəran” matçının 90+2-ci dəqiqəsində “Simurq”un futbolçusu Draqan Çeran hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 4000 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “Simurq”un azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
