26 avqust 2014 12:18
Nildo rəsmən İnterdə
"Xəzər Lənkəran"dan ayrılan Junior Nildo artıq özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra paytaxtın "İnter" klubunda çıxış edəcək.
Artıq tərəflər arasında müqavilə də imzalanıb. O, qarşıdakı bir mövsümü "bankirlər"in uğurları üçün çalışacaq.
