26 avqust 2014 12:07
Xəzər Lənkəranda iclas olacaq
Bu gün "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimov komandanın futbolçu və məşqçi heyəti ilə görüş keçirəcək. Azerisport.az xəbər verir ki, iclasda bir sıra mühüm qərarların verilməsi gözlənilir.
İstisna deyil ki, bəzi futbolçulara cari mövsümə pis start verdikləri üçün pul cəriməsi kəsilsin.
Qeyd edək ki, XL cari mövsümün geridə qalan 3 turunda cəmi 1 xal toplayıb.
