26 avqust 2014 11:56

AZAL-dan 11-ci transfer!

AZAL heyətinə daha bir futbolçu qatıb. Azerisport.az xəbər verir ki, "təyyarəçilər" hücumçu problemini həll etmək məqsədilə Freddi Mombonqo-Dues ilə anlaşıb. Konqo Demokratik Respublikasının vətəndaşı ilə 2 illik müddətə anlaşma əldə olunub.

Freddi Konqo DR-in paytaxtı Kinşasada doğulsa da, peşəkar futbolçu karyerası Belçika ilə bağlı olub. 2007-ci ildən Belçikada oynamış forvard peşəkar karyerasına bu ölkənin “Standard” klubunda başlayıb. Cəmi bir mövsüm burada oynayan Freddi 4 oyunda meydana çıxıb və fərqlənə bilməyib. Sonra Belçikanın ikinci dəstə təmsilçisi “Eupen”ə gedən 28 yaşlı futbolçu bu klubda 77 matçda forma geyinib və 30 qola imza atıb.

2011-ci ildə yenə ikinci liqada oynayan “Mons”a transfer olunan afrikalı cəmi 13 oyunda meydana çıxıb və rəqib qapılarına yola tapa bilməyib. 2012-ci ildən “Antverpen”in heyətində topa qovan hücumçu 37 oyunda 13 qol vurmağı bacarıb.

Xatırladaq ki, o, AZAL-ın yay “transfer pəncərəsi”ndə heyətinə qatdığı 11-ci futbolçu oldu. Daha öncə Asif Mirili, Stanislav Namaşko, Luis Ramos, Tomi Kostadinov, Con Enrike Kordoba və Eduardo da Konseysao Masiel ilə 2 illik müqavilə bağlanmış, Novruz Məmmədov və Orxan Lalayevi “Rəvan”dan, Eltun Yaqublu ilə Təmkin Xəlilzadəni isə “Qarabağ”dan icarəyə götürülmüşdü.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.