26 avqust 2014 11:34
Qurbanovla Çumbinyodan şad xəbər
Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Hollandiya "Tvente"si ilə cavab qarşılaşması öncəsi zədəli futbolçularından şad xəbər alıb. Azerisport.az xəbər verir ki, zədədən əziyyət çəkən İlqar Qurbanovla Çumbinyo artıq zədəsini sağaldıb.
Onların "Tvente" ilə cavab oyununda meydana çıxması istisna deyil. Hər iki futbolçu komanda ilə birgə məşq edir.
Qeyd edək ki, "Tvente" - "Qarabağ" oyunu avqustun 28-də keçiriləcək. Komandalar arasındakı ilk oyunda hesab açılmamışdı.
