26 avqust 2014 11:23
Qarabağ Hollandiyaya bu gün gedir
Azərbaycan çempionu "Qarabağ" bu gün Hollandiyaya yola düşür. Azerisport.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsi çərçivəsində bu ölkənin "Tvente" klubu ilə qarşılaşacaq təmsilçimiz saat 15:00-da çarter reysi ilə Enshedeyə uçacaq.
Qeyd edək ki, "Tvente" - "Qarabağ" oyunu avqustun 28-də keçiriləcək. Komandalar arasındakı ilk oyunda hesab açılmamışdı.
