26 avqust 2014 11:12
XL - İnter matçına giriş pulsuz olacaq
Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində keçiriləcək "Xəzər Lənkəran" - "İnter" matçına bilet satılmayacaq. Azerisport.az xəbər verir ki, bu barədə cənub klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, klub prezidenti Mais Mənsimovun qərarına əsasən azarkeşlər üçün oyuna giriş sərbəst olacaq.
XL bütün azarkeşlərini komandaya dəstək olmağa dəvət edib.
