26 avqust 2014 11:01
XL Nildo ilə yollarını rəsmən ayırdı
"Xəzər Lənkəran" Futbol Klubu və futbolçu Junior Nildo arasında olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Azerisport.az xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb.
Qeyd edək ki, ötən yay komandaya qoşulan braziliyalı forvard "Xəzər Lənkəran"ın heyətində 39 oyun keçirməklə 10 qol vurub.
"Xəzər Lənkəran" Nildoya gələcək karyerasında uğurlar arzulayıb.
