26 avqust 2014 19:50
Rusiya - Azərbaycan matçı 3 manata
Futbol üzrə Rusiya və Azərbaycan yığmaları arasında keçiriləcək yoxlama matçının biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, qarşılaşmaya biletlərin qiyməti 150-7000 rubl aralığındadı.
Bu, təxminən 3-152 manat dəyərindədi. Qiymət yerdən asılı olaraq, dəyişir.
Qeyd edək ki, Rusiya - Azərbaycan matçı sentyabrın 3-də "Ximki Arena"da keçiriləcək.
