Marko Nikoliç: Neftçiyə uduzmayacağımıza inanıram
Serbiyanın "Partizan" klubunun baş məşqçisi Marko Nikoliç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"Hədəfimiz aydındı - Avropa Liqasının qrup mərhələsi. Bu, daha yüksək səviyyəli klublara qarşı oynamaq üçün imkandı. Hər şey öz əlimizdədi".
Rəqibdən danışarkən, mütəxəssis bunları dilə gətirib: "Neftçi"nin zəif nöqtələri var. Amma mən onları demək istəmirəm. Komandamızdakı atmosfer isə artıq məni sevindirir. Oyunçuların yüksəlişdə olması da xoşuma gəlir. Ardıcıl qələbələr qazanırıq və bu seriyanı Bakıda da davam etdirmək istəyirik. Biz sadəcə, dekabrda bir oyundan məğlub ayrılmışıq. Azərbaycanda da uduzmayacağımıza dərindən inanıram".
"Rəqibə şans verməməliyik, onların meydanda istədiyini etməsinə şərait yaratmamalıyıq. Orada hücum və ya müdafiə futbolu oynayacağımıza dair müzakirələrin əhəmiyyəti yoxdu. Tatkiki cəhətdən düzgün oynamalıyıq. "Neftçi"yə qarşı Belqradda oynadıq və öz zəif cəhətlərimizi də gördük".
"Ninkoviç "Partizan" azarkeşləri qarşısında üzr istəməlidi. Onun "Neftçi" ilə oyundan sonra dedikləri sadəcə, yolverilməzdi. Bu barədə onun özünə də demişəm".
"Düzdü, Belqradda həm Bolqarıstan "Ludoqorets"inə, həm də "Neftçi"yə iki qol vurmağa şans yaradtıqdan sonra onlara cavab verməyə başladıq. Düşünmürəm ki, Bakıdakı oyunda da eyni ssenari təkrarlansın. 90 dəqiqə ciddi futbol oynayıb, istəyimizə çatmalıyıq".
