26 avqust 2014 18:00
UEFA-dan Anar Salmanova yeni təyinat
FİFA referisi Anar Salmanov yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində senyabrın 24-dən oktyabrın 1-dək Latviyada keçiriləcək 5-ci qrupun oyunlarında meydana çıxacaq.
Bu qrupda Ukrayna, İsveç, Yunanıstan və Latviya komandaları mübarizə aparacaq. (AFFA)
