26 avqust 2014 17:45

İbrahim Uzunca: Onlar təklifləri yox, dəyəri üstün tutdular

“Bakı” klubunun baş məşqçisi İbrahim Uzunca Peşəkar Futbol Liqasının rəsmi saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, Uzunca komandanın hazırkı vəziyyəti və  gələcək planları ilə bağlı danışıb.

- “Bakı”da çox sayda yerli məşqçi olduğu halda, baş məşqçi postu sizə həvalə olundu. Əvvəlcə bu prosedur barədə danışmağınızı istərdik...
- Bildiyiniz kimi, çempionat başa çatdıqdan sonra Milinko Pantiç klubdan ayrıldı. Əvəzedici heyətin baş məşqçisi olduğum üçün gənclərin potensialına bələdəm. Əslində, mən əvəzedici komandada baş məşqçi olduğum zaman əsas heyətin də məşqlərinə çıxırdım. Ona görə də bu gün “Bakı”nın əsas heyətində çalışmaq mənim üçün çətin deyil. Əlimdən gələni edib, “Bakı”nı ayaqda saxlamağa və səsimizi çatdırmağa çalışacağıq.

- “Bakı”nın maliyyə durumu yaxşı deyildi. Belə bir vəziyyətdə komandanı formalaşdırmaq baş məşqçi üçün nə deməkdi?
- Düşünürəm ki, irəliləyən günlərdə hər şey yoluna qoyulacaq. Hazırkı durumun mövsümün sonuna qədər davam edəcəyi gözlənilmir. Klub prezidenti Hafiz Məmmədovun komandanı elitada saxlaması çox önəmli bir məqamdır. “Bakı”nın Premyer Liqadan düşməsi Azərbaycan futbolu üçün heç də yaxşı olmayacaqdı.  Düzdür, həmin çətin dönəmdə bir neçə oyunçumuz düşərgəni tərk etdi. Heyətdən çox sayda oyunçu gedərsə, toparlanmaq çətindir. Lakin bizim gənc oyunçularımız var. İlk iki oyunda qələbə qazana bilməsək də, rəqiblərə göstərmişik ki, azərbaycanlı futbolçulardan ibarət komanda qurmaq olar. Gənc oyunçuların mövqe səhvi normaldır. Bunun fonunda gənc oyunçuların baxımlı oyun sərgiləməsi ümidvericidi.

- Qarşıdakı günlərdə bu boşluqları aradan qaldırmaq üçün oyunçu transferi nəzərdə tutulubmu?
- Çatışmazlıqlar mövcuddu. Mən hazırda konkret danışa bilməyəcəyəm. Düşünürəm ki, akademiyamızda yetişən oyunçularımıza böyüklük edə biləcək təcrübəli futbolçulara ehtiyacımız var. Əgər bu işlər həyata keçirilsə, o zaman biz qarşıdakı turlarda çox komandaya başağırısı olacağıq.

- Yerli futbolçuların, akademiyanın yetirmələrinin heyətdə qalması normal haldı. Faktiki Azərbaycana futbol oynamaqla yanaşı, pul qazanmağa gələn Yura Travner, Risto Ristoviç və Lukas Mario Horvatı bu vəziyyətdə “Bakı”da saxlayan məqamlar hansılardı? 
- Onlar  böyük fədakarlıq etdilər. Adlarını çəkdiyiniz oyunçular Azərbaycanın digər klublarında çox rahatlıqla  oynaya bilərlər. Amma onlar təklifləri yox, dəyəri üstün tutdular. Çətin günlərdə komandanı yarı yolda qoymaq dəliqanlı adama yaraşmaz. “Bakı” hər zaman iddialı olub, bu gün isə müəyyən problemlər mövcuddu. Mən əminəm ki, çətin günlərin ömrü çox olmayacaq və biz yenə ən yüksək yerlər uğrunda mübarizə aparacağıq. Pul olan zaman işləmək çox asandı, əsas məsələ çətin günlərdə öz sinəni irəli verməkdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.