26 avqust 2014 17:25

Ruslan Abışov: Daha çox qol vurmağa çalışacam

Topaz Premyer Liqasının 3-cü turu “Qəbələ”nin mövsümdəki ilk səfər qələbəsi ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, “Bakı” üzərində 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar”ın qarşılaşmadakı son qolunu komandanın vitse-kapitanı Ruslan Abışov vurub. “Qəbələ”də 5-ci rəsmi matçına çıxan futbolçu ilk dəfə rəqib qapısına yol tapıb. Bununla da o, “Qəbələ”nin heyətində qol sevinci yaşayan 88-ci futbolçu olub.

Abışov “Bakı” ilə görüş haqda fikirlərini klub saytına açıqlayıb: “Hava şəraiti isti olduğundan hər iki komandaya çətin idi. “Bakı”nın oyununa baxıb, yaxşı təhlil etmişdik. Rəqib gənclərdən təşkil olunub. Bizim üçün əsas olan nəticə idi. Qalib gəlməklə bunu da bacardıq. Birinci hissədə istədiyimizi tam həyata keçirə bilməsək də, fasilədən sonra təzyiqi artırıb, qələbə qazandıq”.

Dayaq yarımmüdafiəçisi olmasına baxmayaraq, Ruslan daha çox qol vurmaq arzusundadır: “Çox sevinirəm ki, “Qəbələ”də qol hesabımı açdım. Əvvəlki oyunlarda da topu rəqib qapısından keçirməyə çalışsam da, bu, alınmırdı. “Bakı” ilə görüşdə də qol vurmaq üçün əlimdən gələni etdim. Amma bunu yalnız qarşılaşmanın sonralarında gerçəkləşdirə bildim. Sonda komanda yoldaşlarımın köməyi ilə bu qolu vurdum. Qarşıdakı matçlarda çalışacağam ki, daha çox qol vurmaqla “Qəbələ” azarkeşlərini sevindirim. Müdafiəçi, yarımmüdafiəçi və ya hücumçu olmağın heç bir fərqi yoxdur. Hər bir futbolçu çalışır ki, qol vursun. Bu sevinci yaşamaq çox xoşdur”.

Ruslan 4-cü turun AZAL-la görüşündə ardıcıl qələbələrin sayını artırmaq iddiasında olduqlarını qeyd edib: “Qarşıdakı rəqibimiz AZAL olacaq. Əvvəlki matçlarda olduğu kimi yenə meydana qələbə üçün çıxacağıq. Son iki görüşdə qalib gəlmişik. Oyundan-oyuna daha yaxşı təsir bağışlayırıq. Ardıcıl 3-cü qələbəmizi qazanmaq istəyirik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.