26 avqust 2014 17:05
Sadiqovla Əmirquliyev XL prezidentinə söz verdi
"Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimov komandanın futbolçu və məşqçi heyəti ilə daha bir görüş keçirib. Azerisport.az xəbər verir ki, bu gün baş tutan tədbirdə klub rəhbəri yeni mövsümdəki uğursuz çıxışın səbəblərini araşdırıb.
Futbolçular heç bir çətinlik və ya problemlərinin olmadığını bildiriblər. Rəşad Sadiqovla Rahir Əmirquliyev prezidentə bundan sonrakı oyunlarda dönüş yaradacaqlarına dair söz veriblər.
