26 avqust 2014 16:30

Vanderson Skarduelli: Azərbaycan dilini öyrənmək məndə alınmadı

"Xəzər Lənkəran"ın müdafiəçisi Vanderson Skarduelli Azərbaycandakı yaşayışı, eləcə də gələcək karyerası ilə bağlı planlarından danışıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

"Mədəniyyətlər arasındakı fərq böyükdü. Amma mənim üçün burada hər şey normaldı. Çünki buranın həyat tərzinə alışmışam. Azərbaycan böyük mədəniyyətə malik ölkədi. Demək olar ki, bütün dünyaya açılmaq imkanın var".

Skarduelli bəyan edib ki, o, burada ürəyi istəyən yeməkləri rahatlıqla tapa bilmir: "Xoşladığım yeməkləri burada təsadüfi halda tapa bilirəm. Ona görə də Braziliyadan qayıdanda həmişə özümlə bir çemodan ərzaq, yemək gətirirəm".

Braziliyalı futbolçu bəyan edib ki, o, Azərbaycan dilini öyrənməyi bacarmayıb: "Burada bəzi insanlar rus dilində danışırlar. Ölkədən kənarda yaşadığım müddət ərzində italyan, ispan, ingilis dilini öyrənmişəm. Amma Azərbaycan dilini öyrənmək məndə alınmadı. Burada kiminləsə söhbət edərkən ingilis dilindən və hərəkətlərdən istifadə edirəm. Klubumuzun isə portuqal dilini bilən tərcüməçisi var".


Skarduelli gələcək karyerasından da danışıb: "Hazırda ancaq "Xəzər Lənkəran"ı düşünürəm və karyeramı burada davam etdirmək fikrindəyəm. Ondan sonra isə İtaliya və ya Yunanıstana gedə bilərəm. Ola bilər ki, 33 yaşımda Braziliyaya qayıdım".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.