26 avqust 2014 16:15
Neftçi Simurqu Bakcell Arenada qəbul etməyəcək
"Neftçi" Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində qarşılaşacağı "Simurq"u "Bakcell Arena"da qəbul edə bilməyəcək. Azerisport.az xəbər verir ki, buna səbəb hazırda sözügedən arenada təmir işlərinin aparılmasıdı.
Paytaxt klubunun rəsmisi Tahir Süleymanovun saytımıza verdiyi məlumata görə, onlar bu mövsüm üçün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunu da sifariş ediblər və "Simurq"la oyun həmin arenada keçiriləcək.
Qeyd edək ki, "Neftçi" - "Simurq" matçı avqustun 31-də keçiriləcək və saat 18:00-da start götürəcək.
