26 avqust 2014 16:05
Georgi Nikolov: Biz Nildonu hələ AZAL-da çıxış edən dövrdən istəyirdik
"İnter"in prezidenti Georgi Nikolov Junior Nildonu transfer etmələri ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizim məşqçilər bu futbolçunun xidmətində hələ AZAL-da olarkən maraqlı idilər. Amma braziliyalə Lənkərana getməyi üstün tutdu. Çünki orada ona daha çox pul təklif edirdilər. Biz bu yay da onu heyətimizə qatmağa çalışdıq. Lakin "Xəzər Lənkəran" tərəfinin müəyyənləşdirdiyi transfer məbləği bizi qane etmədi. Uzun sürən danışıqlardan sonra nəhayət ki, razılıq əldə olundu. "İnter" Nildoya görə qarşı tərəfə heç bir məbləğ ödəmədi, sadəcə, başqa sxemdən istifadə olundu".
