26 avqust 2014 15:25
Draqan Çeran: Cəzalanacağımı gözləyirdim
"Simurq"un forvardı Draqan Çeran AFFA tərəfindən cəzalandırılmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Dörd oyunluq cəzalanacağımı gözləyirdim. Amma hələ də mənimlə niyə belə davrandıqlarını anlaya bilmirəm. Ümid edirəm ki, klubdan mənə yardımçı olacaqlar".
