26 avqust 2014 14:45
Neftçi - Partizan oyununa 10 min bilet satılıb
"Neftçi" -"Partizan" görüşünə bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsinin cavab görüşünə azarkeşlər tərəfindən böyük maraq var.
Bu gün səhər verilən məlumata görə artıq oyuna 10 min bilet satılıb. Qeyd edək ki, bilet satışı oyun günü də davam edəcək.
