26 avqust 2014 13:14
Simurq uğursuz seriyaya son qoydu
Zaqatalanın “Simurq” klubu “Xəzər Lənkəran”la oyunlardakı uğursuz seriyaya son qoyub. Azerisport.az xəbər verir ki, George Çixradzenin yetirmələri Topaz Premyer Liqasının 3-cü turunda rəqibini 2:0 hesabı ilə məğlub edib.
Bu, “Simurq”un Lənkəran təmsilçisi ilə ev oyunlarında ilk qələbəsi olub. İlk dəfə 2006-cı ildə “Xəzər Lənkəran”ı qəbul edən zaqatalalılar 9 ev oyununda qələbə qazana bilməmişdi. Onuncu cəhdi uğurlu olan “Simurq” öz meydanında keçirdiyi əvvəlki 9 dueldən 5-də heç-heçə etmiş, 4 dəfə uduzmuşdu. (PFL)
