26 avqust 2014 00:45
"Hafiz Məmmədovun Şeffild Uensdeyi alıb-almayacağını dəqiq deyə bilmərəm"
İngiltərənin "Şeffild Uensdey" klubunun prezidenti Milan Mandariç Hafiz Məmmədovun bu klubu alacağına dair məlumatı təsdiq etməsinə təəssüfləndiyini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, düyünə düşən bu satışla bağlı son açıqlamasında bunları söyləyib:
"Bu barədə məlumatı öncədən yaymağımıza təəssüflənirəm. Fransa mətbuatı bizim planlarımızdan xəbər tutdu və onlar barədə məlumat verdi. Ona görə mən də bütün kartları açıqlamaq məcburiyyətində qaldım. İndi bu satışın baş tutub-tutmayacağını deyə bilmərəm. Bildiyim tək məqam var: Məmmədovun pis adam olduğunu və ya onun klubumuzu almaq istəmədiyini düşünmək belə istəmirəm".
