25 avqust 2014 12:18
Şəhriyar Əliyev Qarabağa görə Türkiyə klubundan imtina edib
"Bakı"nın sabiq müdafiəçisi Şəhriyar Əliyev karyerasını Türkiyədə davam etdirə bilərmiş. Azerisport.az xəbər verir ki, hazırda "Qarabağ"da top qovan millimizin üzvü "Bucaspor"dan təklif alıbmış.
Bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, Əliyev hətta danışıqlar aparmaq üçün İzmirə dəvət olunubmuş. Amma futbolçunun seçimi Ağdam klubu olub.
